Çin şirkəti yeni ucuz smartfonunu nümayiş etdirib
Yalnız öz telekommunikasiya avadanlığı ilə deyil, həm də mobil qurğuları ilə tanınan Çinin "ZTE" şirkəti yeni "Blade S6" smartfonunu elan edib.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, cihaz 64 bitlik səkkiznüvəli "Qualcomm Snapdragon 615" prosessoru, 2 QB əməli yaddaş və "Sony IMX214" ötürücüsünə malik 13 meqapiksellik əsas kamera ilə təchiz edilib.
Videozəng və "selfi" çəkilişi üçün nəzərdə tutulmuş ön kamerası 5 meqapiksellik matrisdən istifadə edir. Daxili fləş yaddaşın həcmi 16 QB təşkil etdi, "microSD" çıxarılıb taxılan kartları ilə artırıla bilər.
Telefon 2400 milliamper/saat tutumunda akkumulyator batareyası ilə enerji toplayır. Aparata "MiFavor 3.0" istifadəçi interfeysli "Android 5.0 Lollipop" mobil əməliyyat sistemi quraşdırılıb.
"ZTE Blade S6" smartfonunun satışına 2015-ci ilin fevralında başlanılacaq. Yeni modelin satış qiyməti təxminən 250 dollar təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL