“iOS” və “Android” sistemləri üçün yeni “Outlook” əlavəsi istifadəyə verilib
“Microsoft” korporasiyası "iOS” və “Android” mobil əməliyyat sistemləri üçün "Outlook” elektron poçtu ilə iş üçün əlavə buraxıb. Bu barədə ABŞ istehsalçısının rəsmi məlumatında deyilir.
Yeni “Outlook” korporasiyanın 2014-cü ilin dekabrında 200 milyon dollara satın aldığı "Acompli” şirkətinin texnologiyaları əsasında hazırlanıb.
“Acompli” əlavəsi kontaktları, təqvimi və poçtu vahid interfeysdə birləşdirməyə imkan verib. Yeni mobil "Outlook” “Acompli” kimi, “Office 365”, “Exchange”, “Outlook.com”, “Yahoo! Mail”, “Gmail” və digər əksər elektron poçt xidmətlərini dəstəkləyəcək. Bundan başqa, proqram "Microsoft OneDrive” və “Dropbox” daxil olmaqla “bulud” servislərindən qoyulan faylları göndərməyə imkan verəcək.
“Outlook” "iOS” və “Android” mobil əməliyyat sistemli smartfon və planşet kompüterlərdə işləyəcək. “Microsoft” “Outlook” brendli bir sıra digər əlavələri, məsələn, “Android” üçün “Outlook.com” proqramını və yalnız “Office 365” xidmətinə ödənişli abunə olan alıcılar üçün işləyən “OWA” əlavəsini saxlayacaq. Lakin bir müddət sonra korporasiya istifadəçiləri yeni “Outlook” əlavələrinə tam keçirməyi planlaşdırır.
Bundan başqa, “Microsoft” “Android” sisteminin idarəetməsi ilə işləyən planşetlər üçün pulsuz “Office” əlavəsini istifadəyə verib. “Word”, “Excel” və “PowerPoint” proqramlarının beta versiyalarından bəzi istifadəçilər son üç ayda yararlana bilsələr də, hazırda korporasiya “Google Play” əlavələr mağazasında rəsmi "Office” paketini işə salıb. Bununla yanaşı, bir sıra funksiyalardan yalnız ödənişli əsasda istifadə etmək mümkün olacaq, - "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL