waplog

Kənd Təsərrüfatı Nazirliyində İKT-nin tətbiqinə dair hazırlanmış konsepsiya təqdim olunub


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində (KTN) İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqinə dair hazırlanmış konsepsiyanın təqdimatı keçirilib.
 
“ICTnews” elektron xəbər xidmətinin KTN-ə istinadən verdiyi məlumata görə, konsepsiyanı təqdim edən aparatın rəhbəri İlham Bayramov layihənin müfəssəl iş qrafikinin hazırlanması, EHDİS-in yaradılması və ümumiyyətlə kənd təsərrüfatında elektronlaşmanın təmin edilməsi üzrə üçillik fəaliyyət planını təqdim edib.
 
İ.Bayramov tətbiq ediləcək informasiya sistemləri, zəruri İKT infrastrukturu, habelə torpaq sahələrinin, bitki örtüyünün kənd təsərrüfatına xidmət edən infrastrukturun coğrafi məlumat bazasının yaradılması, kadr potensialının inkişaf etdirilməsi və bir sıra digər layihələrin həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər haqqında geniş məlumat verib.
 
Yekunda kənd təsərrüfatı naziri Heydər Əsədov bu sahədə qarşıya qoyulan vəzifələrin vaxtında icrasının təmin olunması, eyni zamanda bölgələrdə yeni yaradılan kənd təsərrüfatı idarələrində müvafiq standartlara uyğun olaraq İKT infrastrukturunun yaranmasının vacibliyini bildirib, bu sahədə həyata keçirilən fəaliyyətlərin daha da sürətləndirilməsinə dair müvafiq tapşırıq və tövsiyələrini verib.
 
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbərliyi tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılmasının sürətləndirilməsi qarşıya bir vəzifə kimi qoyulub.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL