Azərbaycanda İT sahəsinə maraq göstərən qızlar “Cisco”nun beynəlxalq müsabiqəsində iştirak edə bilərlər
“Cisco” şirkəti qızlar üçün “Cisco IoT World Forum Young Womens Innovation Grand Challenge” - “Əşyaların interneti” sahəsində innovasiyalar üzrə beynəlxalq müsabiqə elan edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, müsabiqədə 13-18 yaşında qızlar iştirak edə bilərlər. Müsabiqəyə təhsil, səhiyyə, sənaye, energetika, pərakəndə satış, nəqliyyat, dövlət qurumları, idman, neft-qaz sektoru, əyləncə sənayesi, “ağıllı” şəhərlər üzrə “Əşyaların interneti” konsepsiyasına uyğun gələn həllərin istifadəsi və tərtibatına əsaslanan texnoloji layihələr qəbul edilir.
Müsabiqə iki tur üzrə keçirilir: birinci tur martın 25-dək davam edəcək və bu turda iştirak üçün “http://iotchallenge-cisco.younoodle.com/” saytına ingilis dilində fərdi və ya komanda şəklində müraciət təqdim etmək tələb olunur. Layihələr problemin orijinallığı, yaradıcı yanaşma və icra mümkünlüyünə görə qiymətləndiriləcəklər.
Birinci turun nəticələrinə əsasən 20 finalçı layihə seçiləcək və onların müəllifləri mayın 11-dək layihənin təqdimatını və videoçarxını hazırlamalı olacaqlar. Mayın 27-də artıq müsabiqənin qaliblərinin adları açıqlanacaq və onlara 20 min dollar həcmində əvəzsiz “Cisco” qrantı təqdim ediləcək. Daha 40 min dollar ikinci yeri tutmuş dörd iştirakçı komanda arasında bərabər şəkildə bölünəcək. Üçüncü yerə layiq görülmüş qalan 5 iştirakçı komandanın hər birisi 5 min dollar mükafat alacaqlar.
Regional müsabiqələrin finalı aprelin 23-də, Beynəlxalq İKT-də Qızlar Günündə baş tutacaq və həmin günü qızlar öz layihələrini təqdim edərək mükafatlarını alacaqlar.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL