Kərəm Həsənov: “Komitənin fəaliyyətində mərkəz xətt informasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqini genişləndirmək olub”
2014-cü ildə komitənin fəaliyyətində mərkəz xətt informasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqini genişləndirmək, vətəndaşlara daha rahat və çevik xidmətlər təqdim etmək olub. Bu isə nəticədə qanunçuluğun, insan hüquqlarının və ictimai məmnunluğun daha yüksək təmin olunmasına səbəb olub.
Bu fikri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov ƏMDK-da keçirilən müşavirədə bildirib. Onun sözlərinə görə, komitə ötən ildə mühüm sosial yenilikləri tətbiq etməklə bir sıra uğurlara imza atıb. Fəaliyyət sahələri üzrə elektron xidmətlər, daşınmaz əmlakın qeydiyyatında tətbiq edilən yeniliklər, Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi, kadastr sisteminin inkişafı komitənin mühüm nailiyyətləridir. Komitə sədri 2014-cü ildə tətbiq edilən 2 mühüm yeniliyə diqqət çəkib ki, bunlar onlayn xidmətlər və mobil ofis xidmətləridir. Bildirilib ki, onlayn xidmətlərin və ölkə üzrə mobil ofis xidmətlərinin göstərilməsi şəffaflığın yüksəlməsini, rahatçılığı və vaxta qənaət olunmasını birbaşa təmin edib.
Artıq onlayn xidmətlər sayəsində vətəndaşlar ərazi qeydiyyat idarələrinə getməyərək daşınmaz əmlaka dair yüklülük arayışlarını (Forma-1) onlayn rejimdə əldə edirlər.
Eyni zamanda, digər onlayn xidmət isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə malik olduqları daşınmaz əmlak barədə dövlət reyestrində olan məlumatı onlayn əldə etməyə imkan verir. Mobil ofislər isə qeydiyyat xidmətlərinin vətəndaşların və xüsusi sosial təbəqədən olan insanların ünvanına rahat və çevik şəkildə çatdırılmasını təmin edir. Ölkə başçısının müvafiq fərmanına əsasən, komitə ötən ilin noyabrından etibarən "kütləvi çıxarış kampaniyası"na da start verib.
Belə ki, vətəndaşların əvvəllər əldə etdiyi mülkiyyət sənədləri (mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri) dövlət reyestrindən çıxarışlarla əvəz olunur. Kampaniyanın mühüm üstünlüyü isə bu çıxarışların vətəndaşlara məhz mobil ofislər vasitəsilə yerlərdə təqdim olunmasıdır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL