waplog

“Apple” şirkətinin səhmləri rekorda imza atıb


Yanvarın 30-da “Nasdaq” birjasında “Apple” şirkətinin səhmlərinin qiyməti növbəti rekorda imza ataraq 120 dollar olub.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin oktyabr-dekabrı üzrə maliyyə hesabatının dərcindən sonra şirkətin səhmlərinin qiyməti artıb. “Apple” rüb ərzində 18 milyard dollar həcmində rekord gəlir qazanıb və 74,5 milyon “iPhone” smartfonu satıb.
 
Cari ilin əvvəlindən “alma” şirkətinin səhmlərinin qiyməti 8 faiz, 2014-cü ildə isə 40 faiz artıb. “Apple” korporasiyasının kapitallaşması 688 milyard dollar həcmində qiymətləndirilir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL