Azərbaycanda elektron xidmət istifadəçilərinin sayı 50 dəfə artıb
Hazırda “Elektron hökumət” portalına 45 dövlət qurumu üzrə 405 elektron xidmətin inteqrasiyası təmin edilib.
Portalda olan e-xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəlməsi və aparılan maarifləndirmə-təbliğat xarakterli tədbirlərin nəticəsində təkcə 2014-cü il ərzində elektron xidmətlərdən istifadə edən istifadəçilərin sayında 50 dəfə artım müşahidə olunub.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin Gənclərin problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Dillər Universitetində “Elektron hökumət və gənclər” mövzusunda keçirilmiş “dəyirmi masa”da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev deyib.
Onun sözlərinə görə, əgər 2013-cü ilin yanvarında 23.115 nəfər elektron xidmətlərdən yararlanmışdısa, 2015-ci ilin yanvarında bu rəqəm 1.137.975 nəfər olub. Vətəndaşlar tərəfindən elektron xidmәtlərә müraciət sayında 856 dəfə artım müşahidə olunub. Belə ki, elektron xidmәtlərә müraciət sayı 2013-cü ilin yanvarında 7.957 olmuşdusa, 2014-cü ilin sonuna bu rəqəm 6 812 582 nəfər olub.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL