waplog

Dəriyə bərkitmə insanı batareyaya çevirir


Sinqapur Milli Universitetinin alimləri insan dərisinin sürtünməsindən elektrik enerjisi əldə etmək üsulunu kəşf ediblər. Bu enerji "ağıllı" saat və ya bilərziyin enerji ilə doldurulmasında istifadə edilə bilər. Kiçikölçülü elastik qurğu statik enerjini faydalı enerjiyə çevirir.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, kiçikölçülü generatorun iki tərəfi var: bir tərəfi dəriyə bərkidilir, digər tərəfi silisium lövhə və nazik qızılı plyonka ilə örtülüb.

İxtiranın işləmə prosesi ötən həftə keçirilmiş “IEEE MEMS 2015” konfransında nümayiş etdirilib. Bir nəfərin bazu önünə, digərinin boğazına örtük yerləşdirilib, bundan sonra onlar gündəlik əzələ hərəkətləri etməyə başlayıblar. Bu hərəkətlər nəticəsində 7,3-7,5 volt gərginlik əldə olunub. Qurğuya barmaqla toxunduqda o, artıq 90 volt gərginlik hasil edib ki, bu da bir neçə işıq diodu lampasının enerji ilə doldurulmasına kifayət edir.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL