Bakıda “Cisco” avadanlıqları əsasında işləyən IP-şəbəkələrdə nasazlıqların axtarışı və aradan qaldırılması mövzusunda seminar keçiriləcək
“Sofline” şirkəti fevralın 23-27-də Bakıda “TSHOOT v.2.0: Cisco” avadanlıqları əsasında işləyən IP-şəbəkələrdə nasazlıqların axtarışı və aradan qaldırılması” mövzusunda seminar keçirəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, seminar sistem və şəbəkə administratorları üçün nəzərdə tutulub və “CCNP Routing & Switching” sertifikasiyasına hazırlıq mərhələsi kimi istifadə edilə bilər.
“TSHOOT”-un ikinci versiyasında mövzuların əksəriyyəti sadələşdirilib və IPv6 marşrutizasiyası üzrə yeni mövzular əlavə edilib. Kursun kontenti “IOS 15” versiyası üçün uyğunlaşdırılıb. Kursda “Discovery Lab” adlanan yeni laborator iş tipləri təqdim edilib. Bu laborator işlər müzakirə edilən mövzuları interaktiv şəkildə yiyələnməyə imkan verir.
Kursu bitirənlər kompleks korporativ şəbəkələrdə problemlərin həllində və müəyyən edilməsi prosesində axtarışda istifadə edilən üsulların və alətlərin təsvirini verə bilərlər.
Kursu uğurla bitirmək üçün “ROUTE” və “SWITCH” kurslarına daxil olan “L2 kommutasiya”, portların birləşdirilməsi protokolları, STP protokolu, VLAN arasında marşrutizasiya həlləri, HSRP, VRRP, GLBP, EIGRP, OSPF protokolları sahəsində və s. bilik və bacarıqlarını bilmək tələb olunur.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL