waplog

“Snooperscope” qurğusu planşet və ya smartfonu gecəgörmə cihazına çevirir


Britaniyanın “PSY Corporation” şirkəti smartfon və ya planşeti gecəgörmə cihazına çevirən “Snooperscope” adlı cihazın kütləvi buraxılışına başlayıb.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “Snooperscope” qurğusu uzunluğu 75 mm, diametri 42 mm olan silindrik formal kiçikölçülü qurğudur.

“Snooperscope” infraqırmızı diapazonda işləyərək qaranlıqda müxtəlif obyektləri görməyə, həmçinin onların fotoşəklini və ya video çəkməyə imkan verir. Cihazın hərəkət uzaqlığı təxminən 10 metr təşkil edir, 1150 milliamper/saat tutumlu daxili akkumulyatorun köməyi ilə enerji toplayır, təxminən 3-4 saat avtonom işləyir.

Cihazı maqnitin köməyi ilə smartfon və ya planşetin arxa panelinə bərkitmək olar: bu halda təsvir “Wi-Fi” vasitəsi ilə mobil qurğunun ekranında yayımlanacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL