waplog

Böyük Britaniya dünyada elektron ticarət sahəsində liderdir


Böyük Britaniya etibarlı rəqəmli məlumat ötürmə sistemləri, mobil şəbəkələrin geniş yayılması, smartfonlardan hər yerdə istifadə və yüksək alıcılıq qabiliyyəti (ildə adambaşına 2 min funt-sterlinq) sayəsində dünyanın ən yüksək istehlak onlayn xərcləri reytinqində birinci yeri tutub.
 
Bu göstərici qlobal texnoloji şirkətlərin cəmləşdiyi ABŞ-da elektron kommersiyanın inkişafını 2/3 üstələyir. Bundan başqa, Britaniyada onlayn satışlar Fransa, Almaniya, Yaponiya və Cənubi Koreya ilə müqayisədə iki dəfə daha geniş yayılıb.
 
“Enders Analysis” tədqiqat şirkəti tərəfindən tərtib edilən "Digital UK report 2015” adlı hesabatda Britaniyanın digər ölkələr üzərində rəqəmli üstünlüklərinin sübutları öz əksini tapıb:
 
- Fiziki şəxslər və müəssisələr tərəfindən edilən onlayn alışların həcmi 556 milyard funt-sterlinqi ötür və ya qeyri-maliyyə dövriyyəsinin 20 faizini təşkil edir;
 
- Genişzolaqlı internet bağlantılarının üçdə bir hissəsi ölkədəki bütün bağlantıların payına düşür ki, bu da Fransa və Almaniyadan çoxdur;
 
- Stasionar yüksəksürətli genişzolaqlı internetə çıxışın sürəti saniyədə 23 meqabayt təşkil edir;
 
- 2020-ci ilədək 45 milyon britaniyalı genişzolaqlı mobil internetdən istifadə edəcək, - “Payspacemagazine” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL