Havay ABŞ-ın ən aktiv “selfi” ştatı seçilib
Havay “Instagram” fotoxidmətində dərc edilmiş “selfi” fotoşəkillərinin sayına görə ABŞ ştatları arasında liderlik edir və Böyük Britaniyada Brayton “selfi”nin ən çox çəkildiyi şəhərdir.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu məlumat 2014-cü ilin noyabrından 2015-ci ilin yanvarınadək olan dövrü əhatə edir. “Instagram”da yalnız coğrafi məkan haqda nişana malik “#selfie” heşteqli fotoşəkillər qeydə alınıb.
Nəticədə məlum olub ki, Havay “selfi” fotoşəkillərinin dərci üzrə ABŞ-ın ən aktiv ştatı olub. İkinci pillədə Nevada, üçüncü pillədə isə Nyu-York yerləşir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL