waplog

Dünyada ilk “Wi-Fi” qəhvə aparatı ilkin sifariş üçün əlçatan olub


Smartfondan “Wi-Fi” modulu üzrə idarə olunan ilk qəhvə aparatı üçün ilkin sifariş əlçatan olub. Bu qurğunun istehsalçısı olan “Smarter” şirkəti, həmçinin “iKettle” “ağıllı” çaynikini istehsal edib.

Qurğunu Britaniyanın “Firebox” internet mağazasının saytından 150 funt-sterlinqə  sifariş etmək olar.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğunun bütün sazlamalarını idarə etmək üçün “Android” və “iOS” smartfonlarının sahibləri üçün əlçatan xüsusi mobil tətbiq quraşdırmaq lazımdır. Tətbiq hazırlanan qəhvənin tündlüyünü və ya lazımi fincanların sayını (bir dəfəyə 12 fincan hazırlamaq olar) nizama salmağa imkan verir.

Qəhvə aparatının prototipi cari ilin yanvarında Las-Veqasda “CES-2015” texnologiya sərgisində nümayiş etdirilib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL