“Cisco”: “2019-cu ilədək mobil trafikin həcmi 10 dəfə artacaq”
“Cisco” şirkətinin “Visual Networking Index” proqnozuna görə, 2019-cu ilədək illik qlobal mobil məlumat trafikinin həcmi 873 faiz - 2014-cü ildəki 30 eksabaytdan 292 eksabaytadək artacaq.
İllik dərc edilən indeksə əsasən, 2019-cu ilədək mobil istifadəçilərin sayı ötənilki 4,3 milyarddan 5,2 milyarda yüksələcək, ümumi mobil trafikin 97 faizi “smart” (ağıllı) qurğuların payına düşəcək, qurğuların 44 faizi “3G”, 26 faizi “4G” şəbəkələrindən istifadə edəcək. Həmçinin 2017-ci ilədək “3G” hazırda ən çox istifadə olunan “2G” şəbəkəsini ötəcək.
Mobil trafik 2019-cu ilədək 5 dəfə - 2014-cü ildəki 109 milyondan 578 milyonadək yüksələcək daşınan qurğuların sayının artmasından asılı olacaq. “Wi-Fi” çağırışlarında (Wi-Fi - voice-over-wifi) istifadə olunan dəqiqələrin sayı 2018-ci ilədək “4G” zənglərin (LTE, VOLTE) sayını üstələyəcək.
292 eksabayt 2000-ci ildəki stasionar və mobil rabitənin ümumi İP trafikindən 292 dəfə və ya “Instagram” şəbəkəsində bir il ərzində dünyada adambaşına düşən 23 gündəlik fotodan (ümumilikdə 65 trilyon) və ya 6 trilyon videoklipdən (Yer kürəsində bir il ərzində hər gün adambaşına iki dəfədən artıq) çoxdur.
“Daha güclü mobil qurğuların inkişafı və “M2M” əlavələrinin geniş tətbiqi simsiz sürətli şəbəkələrə daha geniş çıxış imkanları ilə birlikdə davam edir. Bunlar yaxın illər üçün mobil trafikin əhəmiyyətli artımının əsas hərəkətverici qüvvəsidir. Bu, mobil yönümlü mühit provayderlər üçün yeni problemlər və imkanlar yaradacaq”, - şirkətin məhsul və marketinq həlləri üzrə vitse-prezidenti Duq Vebster bildirib.
Regional mobil trafikin artımı şəraitində 2019-cu ilədək Asiya-Sakit okean regionunda ayda 9,5 eksabayt, Şimali Amerikada 3,8 eksabayt, Qərbi Avropada 2,4 eksabayt, Mərkəzi və Şərqi Avropada 3,5 eksabayt, Yaxın Şərq və Afrikada 3 eksabayt, Cənubi Amerikada 2 eksabayt trafikdən istifadə olunacaq.
“Cisco” nümayəndələri qeyd edirlər ki, “Visual Networking Index” indeksində proqnozlar müstəqil analitiklərin proqnozlarına və real dünyada məlumatlardan istifadə üzrə tədqiqatlara əsaslanır, - "Telekomza” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL