waplog

Ən innovasiyalı dövlətlərin reytinqi tərtib edilib


“Bloomberg” agentliyi “Global Innovation Index” ən innovasiyalı dövlətlərin reytinqinin yeni redaksiyasını tərtib edib. Cari ildə “Global Innovation Index” reytinqinə 50 dövlət daxil edilib.
 
Hər bir dövlətin reytinqdəki pilləsi ümumi orta bal göstəricisinə əsaslanaraq müəyyən edilib. Ümumi orta bal isə dövlətlərin aşağıdakı 6 bölmənin hər biri üzrə göstəricisinin orta qiymətini təşkil edir: "Tədqiqat və inkişaf", "Sənaye", "Yüksək texnologiyalar", "Təhsil", "Elmi ştat" və "Patentlər".
 
Reytinqə Cənubi Koreya liderlik edir. İlk beşlikdə Yaponiya, Almaniya, İsrail və Finlandiya yer alıb. ABŞ 6-cı pillədə qərarlaşıb. Sonuncu pilləni Mərakeş tutub.
 
"Təhsil" kateqoriyasında birinci pilləni Cənubi Koreya tutub. Bu dövlət ümumilikdə birinci pillələrin sayına görə liderdir. Cənubi Koreya, həmçinin "Tədqiqatlar və inkişaf" və "Patentlər" bölmələrində liderlik edir.
 
“Yüksək texnologiyalar” üzrə ABŞ, “Sənaye” üzrə İsveçrə, “Elmi ştat” üzrə Finlandiya liderlik edir.

“The Global Innovation Index” 2008-ci ildən tərtib edilir.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL