YTTM tərəfindən daha perspektiv tətbiq sahələrinə malik yüksək təmizkarbon nanoborular alınıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində (YTTM) prioritet istiqamətlərdən olan karbon nanotexnologiyası da inkişaf etdirilir.
Mərkəz tərəfindən A-CVD sintez qurğusunu təkmilləşdirməklə daha perspektiv tətbiq sahələrinə malik10-80 nm diametrli, 650 mkm uzunluqlu yüksək təmizkarbon nanoborular alınıb (şəkil 1,2). Hazırda dünya üzrə aktuallıq kəsb edən belə karbon nanoboruların hərbi sənayedə tətbiq imkanları barəsində Mərkəzdə intensiv tədqiqat işləri aparılır.
Alınan karbon nanoborular hazırda hərbi sənayedə müxtəlif məqsədlər üçün (bronjiletlər, aviasiya, pilotsuz uçuş aparatları və s. ) istifadə olunan çox bahalı və unikal üstün xassələrə malik olan polimer ( Kevlar, Tyaton, Dinima) kimi materialları əvəz etmək iqtidarındadır. Bu da gələcəkdə kompleks əsgər geyimlərinin və ləvazımatlarının daha yüngül və elastik olmasına imkan verəcəkdir.
Karbon nanoboruları əsasında düzəldilən bronjiletlərin üstün xassələri ondan ibarətdir ki, atılan güllənin təsiri nəticəsində karbon nanoborular öz unikal elastiklik xassələrinə görə deformasiya edərək güllənin kinetik enerjisini azaldıb sürətini minimuma endirir və səthi əvvəlki formasına qaytararaq bununla gülləni də geri itələyir, nəhayət, əsgərin daha yüngül xəsarət almasını təmin edir.
Bu istiqamətlərdə mərkəzdə işlər davam etdirilir və alınan karbon nanoborularının perspektiv istiqamətləri araşdırılır.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL