waplog

“Google Glass” layihəsi yenidən işə salınır


“Google” şirkəti şəffaf displey və kamera ilə təchiz edilən "Google Glass” eynək layihəsini yenidən işə salmaq qərarına gəlib.

Məhsulun hazırlanması və eynəklərin satışı cari ilin yanvarında dayandırılıb. Yeni versiya sıfırdan hazırlanacaq.

İstehsala nəzarət “iPod” və digər qurğuların bazara çıxarılmasında əməyi olan “Apple” şirkətinin keçmiş dizayneri Toni Fadellə həvalə olunub. O, ötən ildən “Google”da çalışmağa başlayıb.

Qeyd olunur ki, yeni eynəklər şirkətin öz işçi qüvvəsi ilə hazırlanacaq, proses qapalı olacaq, ictimaiyyətə qurğunun yalnız son variantı təqdim ediləcək.

“Google Glass” eynəyi ilk dəfə 2011-ci ildə təqdim olunub. Rəsmi təqdimat 2012-ci ilin ortalarında “Google” tərtibatçılarının konfransında baş tutub.

Qeyd edək ki, “Google Glass” eynəyinin başlıca xüsusiyyətlərindən biri istifadəçinin gözü qarşısında 640x360 piksel təsvir ölçüsünə malik bərkidilmiş ekrandır ki, bu da “Google” şirkətinin qiymətləndirməsinə görə, təxminən 2,5 metr məsafədə olan yüksək təsvir ölçülü 25 düymlü ekrana bərabərdir.     

Quraşdırılmış 5 meqapikselli kamera 720p yüksək təsvir ölçülü videonu yazmağa imkan verir. Məlumat və əlavələrin saxlanılması üçün istifadəçi qurğudakı 16 giqabaytlıq yaddaşın 12 giqabaytından yararlana bilər. Akkumulyatorun enerjisi adi gərginlikdə bir gün kifayət etməlidir, lakin bəzi funksiyalar (məsələn, videonun yazılması) enerjidən daha sürətli istifadə edəcək.

Qurğu “Wi-Fi” və “Bluetooth” standartlı simsiz rabitə modulları ilə təchiz edilib. “Bluetooth”un köməyi ilə “Glass”ın smartfonla birlikdə işləməsi mümkün olur, - “BBC” yazır.  


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL