“Toshiba” daxili klaviaturaya malik təhlükəsiz fləş kart nümayiş etdirib
Yaponiyanın “Toshiba” şirkəti “Toshiba Encrypted USB Flash Drive” fləş daşıyıcılar xəttini satışa çıxarıb.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, adi fləş kartdan fərqli olaraq, “Encrypted USB Flash Drive” qurğuları əlavə olaraq rəqəmli klaviatura ilə təchiz edilib. Bu klaviaturanın köməyi ilə daşıyıcının sahibi qurğuya xüsusi kod təyin edə bilər ki, bu da ondan xəbərsiz cihazdan istifadəyə imkan verməyəcək.
Qurğuya, həmçinin uzunmüddətli akkumulyator quraşdırılıb ki, bu da fləş kartı USB konnektora qoşmazdan əvvəl onu enerji ilə doldurmağa imkan verir. Cihazın sahibi tərəfindən təyin edilmiş kod 10 dəfə ardıcıl səhv yığılsa, diskdəki bütün informasiya silinəcək.
4QB tutumunda fləş kartın satış qiyməti 60 ABŞ dolları təşkil edir, 32 QB tutumunda daşıyıcının qiyməti 180 dollardır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL