Azərbaycanda dərman preparatlarının elektron reyestrinin yaradılması başa çatır
Azərbaycan Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi yaxın vaxtlarda dərman preparatları reyestrinin Mərkəzin rəsmi internet resursuna birləşdirilməsi üzrə işləri başa çatdıracaq.
Reyestrin internet-resursa inteqrasiyası istehlakçılara aldıqları dərman preparatlarının keyfiyyət uyğunluğunu yoxlamağa, seriya nömrəsi üzrə axtarış verməyə imkan yaradacaq.
Bu gün Azərbaycana rəsmən tədarük olunan hər bir dərman preparatı mərkəzin laboratoriyasında yoxlamadan keçirilir, bundan sonra ona müalicə zamanı istifadədə təhlükəsizliyi təmin edən keyfiyyət sertifikatı verilir. Preparatın seriyası məlumat reyestrinə daxil edilir.
Dərmanlar haqqında məlumatın təqdim olunmasının yeni qaydası əczaçılıq bazarının bütün iştirakçıları üçün prosedurların şəffaflığını təmin edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL