waplog

“Corning” sapfir ilə müqayisə oluna bilən qoruyucu şüşəsini təqdim edib


"Corning" şirkəti mobil qurğu ekranları üçün yeni qoruyucu örtük hazırlayır. "Project Phire" kod adı ilə tanınan yeni materialı Nyu-Yorkda investorların görüşündə "Corning Glass Technologies" (CGT) qrupunun prezidenti Ceyms Klappin təqdim edib.

"Biz ötən il bildirmişdik ki, sapfir materialının cızıqlara qarşı dayanıqlığı çox yüksəkdir, ancaq yerə düşmə zamanı eyni sözləri demək mümkün deyil – Klappin deyib. Buna görə biz "Gorilla Glass 4" kimi cızıqlara və yerə düşməyə dayanıqlı məhsul yaratdıq və onun cızıqlara dayanıqlıq keyfiyyəti sapfirə yaxındır".

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Corning" qoruyucu şüşə bazarında liderdir. Şirkətin "Gorilla Glass" həlli smartfon, planşet və noutbuk ekranlarının cızılmalardan qorunması üçün istifadə olunur. İstehsalçı "Apple", "Acer", "Dell", "Hewlett-Packard", "HTC", "LG", "Samsung", "Motorola" daxil olmaqla 33 brend ilə əməkdaşlıq edir. "Gorilla Glass" şüşəsi "iPhone 6/6 Plus", həmçinin "Galaxy Note 4" və "Edge" kimi aparatları cızılmalardan qoruyur.

Ötən ilin noyabrında "Corning" şirkəti dördüncü nəsil "Gorilla Glass" şüşəsini elan edib. Şüşənin möhkəmliyi iki dəfə yüksəlib, 80 faiz hallarda 1 metr hündürlükdən sərt səth düşdükdə zədələnməyəcək.

Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL