Mərdəkanda yeni CDMA baza stansiyası qurulub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı şəhərinin ətraf ərazilərində CDMA xidmətinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi olaraq Mərdəkan qəsəbəsində yeni baza stansiyası qurub.
Bu barədə İCTNews-ə birliyin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılov bildirib. Onun sözlərinə görə, Bakı və ətraf qəsəbələrdə monitorinqlər aparılacaq və ehtiyac olan yerlərdə yeni stansiyanın qurulması həyata keçiriləcək.
Şöbə rəisi əlavə etdi ki, nəzərdə tutulan avadanlıqlar “Huawei” şirkətindən alınıb. Qeyd edək ki, artıq CDMA stansiyasının tutumu 20 min nömrəyə çatdırılıb.
Qeyd edək ki, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. “Aztelekom”İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL