waplog

Mobil texnologiyalar kiçik və orta biznesin artımına necə kömək edir?


Kiçik və orta müəssisələrin 25 faizi mobil texnologiyaları tətbiq etməklə gəlirlərini iki dəfə, iş yerlərini səkkiz dəfə artırıb. Müəssisə nümayəndələri həmçinin qeyd ediblər ki, onların biznesinə aid axtarış sorğularının 50 faizi mobil qurğulardan daxil olur. Dünyada istehlakçılar mobil texnologiyalara o qədər dəyər verirlər ki, onların əksəriyyəti hətta il ərzində mobil telefonlarını qorumaq üçün müxtəlif əyləncələrdən belə imtina etməyə hazırdırlar.  
 
Bu barədə “Boston Consulting Group” və “Qualcomm” şirkətlərinin "The Mobile Revolution: How Mobile Technologies Drive A Trillion-Dollar Impact” hesabatında deyilir. Şirkətlər birlikdə altı ölkədə - ABŞ, Almaniya, Cənubi Koreya, Braziliya, Çin və Hindistanda mobil texnologiyalarla bağlı tədqiqat aparıblar. Qeyd olunan altı dövlət dünyada ümumi daxili məhsulun (ÜDM) 47 faizini istehsal edir və mobil texnologiyaların qlobal iqtisadi artıma necə xidmət göstərməsinin təhlili üçün əsas yaradır. 2014-cü ildə mobil texnologiyaların bu ölkələrdə ÜDM-də payı 2-4 faizə, Cənubi Koreyada 11 faizə (143 milyard dollar) bərabər olub.   
 
Tədqiqatın əsas nəticələri aşağıdakılardır:
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kiçik və orta müəssisələr 2014-cü ildə dünyada mobil ödənişlərin 2010-cu ildəki 210 milyard dollarla müqayisədə 630 milyard dollarını generasiya edib, - "Telekomza ” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL