waplog

RYTN I Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təmin etmək üçün tədbirlər görür


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planında  “Bakı 2015” Avropa Oyunları ilə əlaqədar bir sıra işlərin görülməsi planlaşdırılır.

Bu ilin I rübü ərzində I Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə təmin etmək üçün lazımi tədbirlərin görülməsinin yekunlaşdırılması nəzərdə tutulur.

I Avropa Oyunları zamanı tezliklərin maneəsiz işləməsinin təmin edilməsi, ölkəyə gətirilən radioelektron vasitələrin yoxlanılması, qeydiyyatı və radiomonitorinq avadanlıqlarının alınması üzrə tədbirlərin həyata keçirilməsi də Tədbirlər Planında yer alıb.

Bundan əlavə, I Avropa Oyunlarına qədər Bakı və Mingəçevir şəhərlərində yerləşən poçt şöbəsi binaları cari və əsaslı təmir olunacaq. 

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL