“Samsung” OLEd displeylərin istehsalına 3,6 milyard dollar sərmayə yatırır
Cənubi Koreyanın “Samsung Display” şirkəti orqanik işıqsaçan diod (OLED) panellərin istehsalına 3,6 milyard dollar həcmində sərmayə yatırmaq niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, layihənin məqsədi smartfon satışından gələn gəlirlərin azalması fonunda komponentlərin satışlarının artırılmasıdır.
“Samsung Display”in nümayəndəsinin sözlərinə əsasən, sərmayələrin 2015-2017-ci illər ərzində bu sahəyə yatırılmasi nəzərdə tutulub. Layihə çərçivəsində yeni istehsal xəttinin açılması nəzərdə tutulub və burada smartfon kimi elektron qurğu istifadəçiləri üçün orta və kiçik OLED displeylər yaradılacaq.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL