“İntel” şirkəti 15 yeni prosessor istifadəyə verib
“İntel” korporasiyası stolüstü kompyuter və noutbuklarda istifadə üçün nəzərdə tutulmuş ikinci nəsil “Core” çiplərini, həmçinin “Pentium” və “Celeron” seriyası məmulatlarını təqdim edib.
Stolüstü kompyuterlər üçün 3 QHz takt tezlikli “Core i5-2320” prosessoru təklif edilib. O, 4 nüvəyə və 6 MB keş yaddaşa malikdir; yayılan istilik enerjisi (TDP) 95 Vatt-a bərabərdir.
Daha 3 yenilik –“Core i3-2130”, “i3-2125” və “i3-2120T” 2 hesablama nüvəsi ilə təchiz edilib; takt tezlikləri müvafiq olaraq 3,4, 3,3 və 2,6 QHz-dir. Keş həcmi 3 MB-a, “TDP” göstəricisi 65 Vatt-a (35 Vatt "T" indeksi ilə olan model üçün) bərabərdir.
“Pentium” stolüstü xəttinə “G630T” (TDP göstəricisi 35 Vatt-a bərabərdir), “G860” (65 Vatt) və “G630” (65 Vatt) məmulatları daxildir. Takt tezlikləri müvafiq olaraq 2,3, 3,0 və 2,7 QHz-dir, 2 nüvəyə və 3 MB keş yaddaşa malikdirlər.
Stolüstü fərdi kompyuterlər üçün “Celeron” ailəsinə takt tezlikləri müvafiq olaraq 2,5, 2,4, 1,6 və 2,0 QHz olan 4 yenilik – “G540”, “G530”, “G440” və “G530T” əlavə edilib. 1 nüvəli “G440” modelindən başqa, bütün prosessorlar 2 nüvəyə malikdirlər. “TDP” göstəricisi “G540” və “G530” çipləri üçün 65 Vatt-a, digər çiplər üçün isə 35 Vatt təşkil edir.
Mobil çip xəttinə “Core i7-2960XM Extreme Edition” (4 nüvə; 2,7 QHz) flaqman modeli, həmçinin “i7-2860QM” (4 nüvə; 2,5 QHz), “i7-2760QM” (4 nüvə; 2,4 QHz), “i7-2640M” (2 nüvə; 2,8 QHz) və “Celeron B840” (2 nüvə; 1,9 QHz) prosessorları əlavə edilib. Yayılan istilik enerjisinin maksimal qiyməti 35 Vatt-dan 55 Vatt-a kimidir. Yeni çiplərin tədarükləri artıq başlanıb, onların qiyməti iri topdansatış partiyalarda 37-1069 dollar arasında dəyişilir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL