2020-ci ilədək qlobal “IP TV” bazarının həcmi 80 milyard dollara çatacaq
“Transparency Market Research” şirkətinin yeni tədqiqatına əsasən, 2020-ci ilə qlobal “IPTV” bazarının həcmi 79,38 milyard dollara çata bilər. Xatırladaq ki, 2013-cü ilin nəticəsinə görə, analitiklər qlobal “IPTV” bazarının həcmini 24,94 milyard dollar məbləğində qiymətləndiriblər, buna görə 7 ildə bu bazarın həcmi orta illik artım 18.1 faiz olmaqla 3 dəfə yüksələcək.
"ICTnews" elektron xəbər xidməti “tdaily.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə “IPTV” operatorları Qərbi Avropa bazarında böyük gəlir əldə ediblər. Genişzolaqlı internet çıxışının yüksək nüfuzetmə səviyyəsi, həmçinin “IPTV” xidmətləri üçün qiymətlərin tədricən azalması regionda “IPTV” bazarının artımını dəstəkləyir.
Lakin 2020-ci ilə Asiya-Sakit okean regionu “IPTV” xidmətlərinin artımı üzrə əsas region kimi qalacaq: 2014-dən 2020-ci ilədək bu bazarın orta illik artım sürəti 21,1 faiz təşkil edəcək (Yaponiya istisnadır). Əsas töhfə Çin, Hindistan və Cənubi Koreyanın payına düşür. İnternetə çıxış infrastrukturunun tədricən inkişafı, həmçinin Yaxın Şərq, Afrika və Latın Amerikası bazarlarını perspektivli edir. 2014-cü ildə “IPTV” abunəçilərinin sayına görə Çin liderdir.
“IPTV”-nin kommersiya sifarişçiləri bazarında (məsələn, mehmanxana və restoran şəbəkələri arasında) yayılması xidmət provayderlərini videonun ötürülməsi keyfiyyəti üzərində işləməyə və öz platformalarını “HD” standartlı yayıma uyğunlaşdırmağa məcbur edir.
Xatırladaq ki, “Digital TV Research”in qiymətləndirməsinə görə, 2020-ci ilin sonunda artıq 191 milyon insan “IPTV” xidmətlərinə qoşulacaq. 2013-cü ilin sonunda bu göstərici 90 milyon olub.
Sözügedən bazarın pul baxımdan qiymətləndirilməsinə gəlincə isə ekspertlərin fikri müxtəlifdir: belə ki, “Transparency Market Research” şirkətinin proqnozuna görə, 2020-ci ilədək qlobal “IPTV” bazarının həcmi 80 milyard dollara yaxınlaşacaq, “Digital TV Research” təxmin edir ki, bu göstərici 26,2 milyard dollar təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL