Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 elektron xidmətindən daha çox istifadə olunub
Yanvar ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlər arasında ən çox 4 e-xidmətdən istifadə edilib.
Bu e-xidmətlərə “Telefon nömrəsi üzrə axtarış”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI kodunun yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri daxildir.
“Telefon nömrəsi üzrə axtarış” xidməti 76 627 istifadə sayına görə ilk pillədə qərar tutub.
İstifadəçilər “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətindən 59455, “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən 39327 və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən isə 21160 dəfə faydalanıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL