waplog

Elman Mehdiyev DSMF tərəfindən ötən il elektronlaşma istiqamətində görülən işlərdən danışıb


“2014-cü ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 6 yeni elektron xidmət aktivləşdirilərək “Elektron hökumət” portalına inteqrasiya edilib.

“Elektron hökumət” portalının statistikasına əsasən, ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutan DSMF-nin elektron xidmətlərindən il ərzində Fondun həm öz saytı, həm də “Elektron hökumət” portalı və “Elektron ödəniş” portalı  vasitəsilə ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb. Dünya Bankının “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir”.
 
 Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunda keçirilən, ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında fondun sədri Elman Mehdiyev söyləyib. O bildirib ki, 2014-cü ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” (“190-0” nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.
 
 
Sədr qeyd edib ki, ölkədə nağdsız hesablaşmaların genişləndirilməsi üçün mühüm tədbirlərdən biri kimi 2014-cü ildə pensiyaçıların istifadəsinə verilmiş “Pensiya+” xidməti çərçivəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılıb və pensiyaçılar tərəfindən nağdsız ödəniş zamanı istifadə edilən bu vəsaitlərə görə heç bir xidmət haqqı ödənilmir. Onun sözlərinə görə, fəaliyyətə başladığı dövrdən hazıradək bu xidmət  çərçivəsində həyata keçirilən nağdsız ödənişlərin dövriyyəsi 2 dəfə artıb. Bilavasitə pensiyaçılara xidmət göstərən bankomatların sayı 858-ə çatdırılıb.
 
 Hazırda pensiya ödənişi aparılan pensiyaçıların 99,9 faizinin pensiyası plastik kartlarla ödənilir.
 
 
Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirildiyini önə çəkən E.Mehdiyev bildirib ki, təkcə 2014-cü il ərzində bu məqsədlə Fond 4 sayda mərkəzi, 15 sayda regional təqdimat keçirib. Bununla yanaşı, “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” və “Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır” mövzularında KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində 2014-cü ildə DSMF üzrə daxil olan vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı 35 faiz azalıb.
 
 
Kollegiyada vurğulanıb ki, 2014-cü ildə DSMF Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvü kimi fəaliyyətini uğurla davam etdirib. Ötən ilin oktyabr ayında Bakı şəhərində DSMF-nin ev sahibliyi ilə BSTA-nın “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq seminarın təşkil olunması Fondun elektron xidmətlər sahəsindəki təcrübəsinin diqqətə alınmasının göstəricisidir.
 
 
E.Mehdiyev ölkədə həyata keçirilən hərtərəfli inkişaf siyasətindən bəhs edərək vurğulayıb ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla reallaşdırdığı müasir inkişaf strategiyası nəticəsində ölkəmizdə dayanıqlı makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin olunub, əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb, respublikamız inkişaf göstəricilərinə görə dünya ölkələri sırasında öncül mövqedə qərarlaşıb, beynəlxalq aləmdə nüfuzu durmadan möhkəmlənən etibarlı tərəfdaşa çevrilib.
 
 
Seymur Qasımbəyli
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL