waplog

Tim Kuk: “Məqsədimiz kəmiyyət yox, keyfiyyətdir”


“Apple” şirkətinin baş direktoru Tim Kuk San-Fransiskoda keçirilmiş “Goldman Sachs Technology and Internet Conference” konfransında şirkətin biznesinə aid bir çox məsələlərə toxunub.

Kuk Çində əldə edilmiş uğuru qeyd edib: “Apple” sözügedən regionda 38 milyarddan çox gəlir əldə edib, halbuki 2 il əvvəl bu məbləğ 1 milyard dollar belə təşkil etmirdi: "Biz inkişaf etməkdə olan bazarlarda fenomenal artım müşahidə etdik". Şirkətin baş direktoru vurğulayıb ki, Hindistanda da belə perspektiv görünür.

"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, Tim Kuk hesab edir ki, “Apple” şirkətinin ətraf mühitin çirklənməsi ilə mübarizə təşəbbüsləri gələcəkdə şirkətin mənfəətinə yaxşı təsir göstərəcək. O, konfransda Kaliforniyada şirkətin ehtiyaclarına xidmət üçün günəş batareyalarına əsaslanan elektrik stansiyasının tikintisini elan edib.

Biz rəqəmlərə deyil, onları yaradan qurğulara köklənmişik.

Kuk “ağıllı” saat daşıdığını etiraf edib və deyib ki, belə qurğular insanların həyatını dəyişdirəcək.

O, həmçinin etiraf edib ki, “Apple Pay” ödəmə sistemi gözlədiyindən daha sürətli inkişaf edir.
“Xiaomi” şirkəti və “Android” mobil platforması ilə rəqabətə gəlincə, Kuk bildirib ki, “Apple” həmişə kənardan təzyiqə məruz qalıb. O, həmçinin bildirib ki, əgər “Apple” daha aşağı qiymətə ən yaxşı məhsullar istehsal edə bilsə, o zaman bunu edəcək və inkişaf etməkdə olan ölkələrdə yaşayan insanların “iPhone” smartfonlarını bahalı olması səbəbindən satın  almayacağı ilə bağlı danışıqları cəfəngiyat adlandırıb.

Bizim məqsədimiz kəmiyyət yox, keyfiyyətdir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL