Pilotsuz təyyarələr, robotlar və virtual reallığı seçir
“Samsung” şirkətinin yeni tədqiqat qrupu pilotsuz təyyarələr, robot texnikası ilə məşğul olacaq, 3D çap və virtual reallığı inkişaf etdirəcək. Laboratoriya “Samsung”un mobil bölməsinin tərkibinə daxil olacaq.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Samsung”un nümayəndəsi “The Korea Times” nəşrinə bildirib ki, yeni komandanın iştirakçıları geniş səlahiyyətə, həmçinin fəaliyyət və qərarların qəbulunda müstəqilliyə malik olacaqlar. Qrupun əsas məqsədi şirkətin istehsal gücünə uyğun həllərin hazırlanmasından ibarətdir. Tədqiqatçılar gündəlik insanın gündəlik həyat şəraitini yaxşılaşdırmaq üçün texnologiyaların imkanlarını araşdıracaqlar.
Bu addım “Samsung”un əsas icraçı direktoru Bi Key Yunun əşyaların interneti ekosisteminin yaradılması üzrə planının hissəsidir. O, 2015-ci ildə bu istiqamət üzrə istehsalçıların cəmiyyətinə 100 milyon dollardan çox sərmayə yatıracağına söz verib. Cənab Yun vurğulayıb ki, yaxın 5 ildə şirkətin bütün məhsulu vahid internetə qoşulan platformaya keçirilməlidir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL