“AzTU-nun Təhsil İnformasiya Sisteminin Yaradılması” layihəsinin başa çatması ilə bağlı qiymətləndirmə aparılır
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) 2011-2013-cü illərdə icra edilən “Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin Yaradılması” layihəsinin başa çatdırılması ilə bağlı qiymətləndirmə aparmaq üçün ekspertlərdən ibarət qrup təşkil edib. Qiymətləndirmənin əsas məqsədi qrant əsasında həyata keçirilən layihənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişaf Yardımı Komitəsinin (DAC) meyarlarına uyğun şəkildə qiymətləndirilməsindən, layihənin öz ilkin hədəflərinə çatıb-çatmadığını və layihəni həyata keçirmiş təşkilatların gələcək layihələr üçün hansı nəticələr hasil etdiyini öyrənməkdən ibarətdir.
Fevralın 9-dan başlayaraq 3 nəfər professor və 1 nəfər ekspertdən ibarət olan qiymətləndirmə qrupu Azərbaycan Texniki Universitetini ziyarət edib. Onlar AzTU-nun rektoru, professorları, təlim proqramının iştirakçıları və digər əlaqədar şəxslərlə bir sıra görüşlər keçirib. Ekspertlər layihənin qiymətləndirilməsi zamanı onun aktuallığı, effektivliyi, səmərəliliyi, təsiri və davamlılığını yoxlayıblar.
Qeyd edək ki, KOICA-nın 2 milyon büdcəyə malik “Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin Yaradılması” layihəsi çərçivəsində müvafiq sistem (Akademik Təhsil, Portal, Groupware və e-Təhsil) və müasir avadanlıqlar quraşdırılıb. Ötən ilin 30 iyununda “Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin Yaradılması” layihəsinin açılış mərasimi keçirilib.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL