waplog

Azərbaycanda “E-hökumət”, “e-imza” və “e-ticarət” xidmətlərinin tətbiqi daha da genişləndiriləcək


Bu il ölkəmizdə  “Elektron hökumət”, elektron imza və elektron ticarət xidmətlərinin tətbiqinin daha da genişləndirilməsi nəzərdə tutulur.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planında əksini tapıb.
 
Sənədə əsasən, eyni zamanda, sözügedən xidmətlərin təbliği məqsədilə müvafiq tədbirlər görüləcək.
 
Tədbirlərə seminarların təşkili, kampaniyaların keçirilməsi və reklam işlərinin gücləndirilməsi və s. daxildir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL