Sosial Müdafiə Fondu əhaliyə təqdim etdiyi elektron xidmətlər siyahısını genişləndirəcək.
Azərbaycan Respublikasının Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Elman Babayev bildirib ki, sentyabrda Fond əhaliyə təqdim olunan elektron xidmətlərin siyahısını genişləndirməyi planlaşdırır.
Tədbirlər «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı» çərçivəsində həyata keçirilir.
1 iyuladək Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətlində İKT-nin tətbiqinin genişləndirilməsi üzrə layihənin çərçivəsində 1825 min şəxs sosial sığorta nömrələri ilə təmin olunmuşdur və onlar uçun şəxsi hesabatlar açılmışdır.
Fondun bütün şöbələrində kompyuterlərin quraşdırılması ilə “hər işçiyə ayrıca kompyuter” konsepsiyası həyata keçirilmişdir.
Babayevin sözlərinə görə, pensiyalar və müavinətlərin çatdırılmasında bank infrastrukturu və elektron hökumətin prinsipləri effektiv şəkildə istifadə olunur. Hal-hazırda pensiyaların 99,2%-ı plastik kartlar vasitəsilə verilir və bu, dünyada ən şəffaf təcrübə sayılır.
Dövlət Fondunun internet saytında “Pensiya kalkulyatoru” bölməsi var ki, bu, hər bir sığortalanmış şəxs üçün aldığı pensiyanın həcmi barədə məlumatı əldə etməyə imkan yaradır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL