waplog

Planşet bazarının lideri hansı şirkətdir?


2014-cü ilin dördüncü rübündə dünyada 76,1 milyon planşet və hibrid qurğu satılıb ki, bu da 2013-cü ilin dördüncü rübü ilə müqayisədə 3,2 faiz azdır.
 
Bununla belə, 2014-cü ildə planşet satışlarının həcmi 4,4 faiz yüksələrək 229,6 milyona çatıb.
 
"ICTnews" elektron xəbər xidməti "osp.ru" saytına istinadən bildirir ki, analitiklər vurğulayır ki, "Apple" və "Samsung" şirkətləri planşet bazarının əsas oyunçularıdır. "Apple"ın planşet çeşidini genişləndirməsinə, köhnə modelləri satışda saxlamasına baxmayaraq, bu, yeni "iPhone" modellərinin fonunda "iPad" qurğularının satışını canlandırmaq üçün kifayət etməyib. Eyni vaxtda "Samsung" şirkəti "Android" əsaslı ucuz planşet istehsalçıları tərəfindən rəqabətlə üzləşib.
 
"Apple" planşet bazarının lideri olaraq qalır. Şirkət bir rübdə 21,4 milyon planşet satıb. "Samsung" ikinci pillədə qərarlaşıb. Sonrakı pillələrdə "Lenovo", "ASUS" və "Amazon" şirkətləri qərarlaşıb.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL