Dünyanın ən innovasiyalı şirkətlərinin reytinqi dərc edilib
"Fast Company" nəşri dünyanın 50 ən innovasiyalı şirkətinin illik reytinqini dərc edib. "Warby Parker" eynək istehsalçısı gözlənilmədən "Apple" şirkətini qabaqlayaraq reytinqdə birinci pillədə qərarlaşıb.
"ICTnews" elektron xəbər xidməti "macdigger.ru" saytına istinadən bildirir ki, aparıcı innovasiyalı şirkətlərin reytinqi innovasiyalar, dayanıqlı iqtisadiyyat, liderlik və dizayn üzrə ixtisaslaşmış aparıcı dünya media brendi "Fast Company" tərəfindən keçirilən qlobal illik tədqiqatın bir hissəsidir. Reytinqdə həm ən böyük dünya brendləri, həm də dinamik inkişaf edən yeni şirkətlər yer alıb.
Analitiklər "Apple" şirkətini reytinqdə ikinci pillədə yerləşdirib. "Fast Company" 2014-cü ildə şirkətin aparat və proqram məhsullarının hazırlanmasındakı töhfəsini qiymətləndirib.
İlk onluq aşağıdakı kimidir:
-
"Warby Parker"
-
"Apple"
-
"Alibaba"
-
"Google"
-
"Instagram"
-
"Color of Change"
-
"HBO"
-
"Virgin America"
-
"IndiGo"
-
"Slack"
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL