waplog

Britaniyada onlayn məhkəmələrin yaradılması təklif edilib


“The Independent” nəşri yazır ki, Böyük Britaniyada onlayn məhkəmələrin yaradılması təklif edilib. Mülki işlər üzrə Şura (CJC) belə təşəbbüslə çıxış edib. İngiltərə və Uelsin mülki işlər üzrə baş hakimi Con Dayson deyib ki, bu təklif "mühüm mərhələdir".
 
 
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “CJC”-in ideyasına əsasən, onlayn məhkəmələr illik minlərlə iddiaya baxa bilər ki, bu da Ədliyyə Nazirliyinə böyük məbləğ qənaət etməyə imkan verərdi. Şuranın rəsmiləri hesab edirlər ki, ənənəvi məhkəmələrlə paralel işləyən belə sistem məhkəmə prosesini yaxşılaşdırardı.
 
Təşəbbüs müəllifləri onlayn məhkəmələrin 25 min funt-sterlinqə qədər iddialara baxa biləcəyi pilot layihəni işə salmağı təklif ediblər. Elektron formada təqdim edilmiş sənədlərin araşdırılmasından sonra belə işlər üzrə qərar qəbul etmək təklif edilir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL