waplog

“LG” şirkəti “ağıllı” saatını nümayiş etdirib


“LG” şirkəti “Android Wear” əməliyyat sistemi ilə işləyən yeni “Watch Urbane” “ağıllı” saatını təqdim edib. Bu saatın korpusu metaldan hazırlanıb, qayışı isə dəridən işlənib.

Yeni “ağıllı” saatlar 320 piksel diametrli dairəvi “P-OLED” displeylə təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti “dni.ru” saytına istinadən bildirir ki, qurğu 1.2 QHs takt tezlikli “Qualcomm Snapdragon 400” prosessoru, 512 MB əməli və 4 QB daxili yaddaş, 410 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.

“Ağıllı” saatlara jiroskop, kompas, akselerometr, barometr və nəbz ötürücüsü quraşdırılıb. Cihaz tozkeçirməz və bir metrədək dərinlikdə sukeçirməzdir.

Qurğunun ölçüləri 45,5x52,2x10,9 mm-dir. Çəkisi qeyd edilməyib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL