“Vaio” öz qabaqcıl qurğularını nümayiş etdirib
Yaponiyanın “VAIO Corporation” noutbuk istehsalçısı “VAIO Z” və “VAIO Z Canvas” adlı qabaqcıl qurğularını təqdim edib. Birinci qurğu artıq ilkin sifariş üçün əlçatandır.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “VAIO Z”sensor ekranlınoutbukdur, həmçinin karbon və alüminiumdan işlənmiş16.8 mm qalınlıqlı korpusa malikdir. Noutbukun çəkisi 1,34 kq-dır. Yığcam kompüter 3,4 QHstakt tezlikli “IntelCore i7-5557U” prosessoru və “Intel Iris 6100” qrafik kartı, 16 QB-dək əməli yaddaş və 512 QB tutumunda SSD daşıyıcı ilə təchiz edilib.
“VAIO Z” noutbukunda 13.3 düymlüksensor ekranının təsvir ölçüsü 2560×1440 piksel təşkil edir. Ekran xüsusi fırlanan konstruksiyaya malikdir və istədikdə noutbuk planşetə çevrilə bilər.
“VAIO Z” noutbukunun dəyəri 1600 dollardan başlanır.
“VAIO Z Canvas” noutbuku 2560×1704 piksel təsvir ölçülü 12,3 düymlük ekrana malikdir, “IntelCore i7” prosessoru, “Intel Iris Pro” qrafik sürətləndiricisi, 256 QB SSD daşıyıcı və 16 QB-dək əməli yaddaşla təchiz olunub.
İstehsalçı “VAIO Z Canvas” noutbukunun dəyərini açıqlamayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL