“Yeni Fikir 2015” müsabiqəsində qeydiyyatdan keçən layihələrin qiymətləndirilməsi prosesi aparılır
İnnovativ sahibkarlığa dəstək məqsədilə həyata keçirilən "Yeni Fikir 2015" müsabiqəsinə (YFM) layihələrin qeydiyyatı başa çatıb.
Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) reallaşdırdığı müsabiqəyə qeydiyyat prosesi 10 noyabr 2014-cü ildən etibarən başlayıb.
"QUTexnopark"dan bildirilib ki, layihələrin qeydiyyatının elektron formada aparıldığı "YFM 2015"-ə 252 müraciət daxil olub. Bu müraciətlərdən bəziləri qeydiyyat şərtlərini tam təmin etdiyi üçün qiymətləndirməyə cəlb edilməyib. Qiymətləndirmə prosesinə qəbul edilmiş layihələr YFM-nin rəsmi "Facebook" səhifəsində yerləşdirilib. Hazırda qeydiyyatdan keçən layihələrin qiymətləndirilməsi prosesi davam edir. 2015-ci il mart ayının 1-də yarımfinala vəsiqə qazanmış layihələr elan ediləcək.
Qeyd edək ki, "Yeni Fikir" müsabiqəsi ildə bir dəfə keçirilir. "YFM 2015"-də müxtəlif universitetlərdə təhsil alan və ya məzun olmuş, eləcə də ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən 500 nəfərə yaxın gənc iştirak edib ki, onun da təqribən 120 nəfəri hazırda Qafqaz Universitetinin tələbəsidir.
Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Təfəkkür liseyi, 212 saylı orta məktəb, 169 saylı orta məktəb, "BP", "SİNAM", "Buta sığorta", "Azercell", "Nivel Solutions" və digər təşkilatlardan şagird, tələbə və ya müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər "YFM 2015"-ə layihə təqdim edərək, müsabiqədə iştirak edirlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL