waplog

“Yahoo!” işçi heyətinin 1 faizini ixtisar edəcək


“Bloomberg” informasiya agentliyi vəziyyətlə tanış mənbələrə istinad edərək yazır ki, “Yahoo!” təxminən 125 əməkdaşını işdən çıxarmağa hazırlaşır.
 
İxtisarlar Kanadadakı redaktor heyətində ediləcək. 2014-cü ilin sonuna olan məlumata görə, şirkətdə təxminən 12500 nəfər işləyib.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, “Yahoo!” şirkətinin nümayəndəsi bu məlumatı nə təsdiq, nə də təkzib etməyib, yalnız aşağıdakıları deyib.
 
"Biz mütəmadi hansısa dəyişikliklər edirik ki, bizim resurs və investisiyalarımız strateji prioritetlərə müvafiq olsun".
 
Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL