waplog

Mobil texnologiyalar şəkər xəstələrinin həyatını asanlaşdırır


Rəqəmli Tibb Agentliyi şəkər xəstəsi olan insanlar tərəfindən qurğu və mobil əlavələrdən istifadənin effektivliyini təsdiq edən hesabat dərc edib.
 
Keçirilən tədqiqat zamanı şəkərli diabet xəstəliyindən əziyyət çəkən 2 min amerikalının rəyi öyrənilib.
 
Məlum olub ki, hazırda həmin xəstələrdən yalnız 18 faizi hər gün və ya həftədə bir neçə dəfə öz sağlamlıq vəziyyətini izləmək üçün elektron qurğulardan istifadə edir və səhhətlərinin yaxşı olduğunu bildirir.
 
İnternet məkanında informasiyanı ay ərzində axtaranlar daha çox olub və onların yalnız 4 faizi sağlamlıqdan şikayət etməyib. Həmçinin xəstəliklərini ənənəvi üsullarla izləməyə üstünlük verənlər arasında 2 faiz öz sağlamlıq vəziyyətindən razı qalıb. 
 
Tədqiqat onlayn vasitələrdən istifadə edən xəstələrin daha sağlam olmasını sübut etməsə də, onlar özlərini gümrah hiss etdiklərini bildirib.
 
Mobil texnologiyalarda daha çox sevilən funksiyalar arasında istifadəçilər həkimlə tez və rahat əlaqə yaratmaq, eləcə də dərmanın qəbul edilməsi vaxtını bildirən texniki imkanları qeyd ediblər, - "Ferra.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL