İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” standartının tətbiqi üzrə təlim keçiriləcək
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu (ASSİ) ölkəmizdə fəaliyyət göstərən müəssisə və təşkilatların davamlı və perspektivli inkişafına, keyfiyyətli məhsul və xidmətlərin təmin edilməsinə, istehsalına, ixracına zəmin yaratmaq məqsədilə bu il də təsdiq olunmuş plana əsasən müxtəlif sahələrdə beynəlxalq standartların tətbiqi üzrə təlimlər keçirəcək.
Belə ki, ASSİ və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə keçiriləcək təlimlərdə İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri”, İSO 50001 “Enerji idarəetmə sistemləri”, İSO 22000 “Qida təhlükəsizliyinin idarəetmə sistemləri”, İSO 9001-2015 “Keyfiyyəti idarəetmə sistemləri”, İSO 14001-2015 “Ətraf mühitin idarəetmə sistemləri” beynəlxalq standartların məqsəd və prinsipləri, tətbiqi və daxili auditi ilə bağlı mövzular müzakirə olunacaq.
İlk təlim cari ilin 2-6 mart tarixlərində İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” beynəlxalq standartının tətbiqi ilə bağlı olacaq. Standart müasir dövrdə şirkət və şirkət əməkdaşlarının, müştərilərinin məlumatlarının qanunsuz yollarla əldə olunmaması istiqamətində müasir üsulların tətbiq edilməsi, informasiya aktivlərinin qorunması məsələlərinə ciddi yanaşmanı tələb edir. BSİ-nin mütəxəssisinin iştirakı ilə keçiriləcək təlimdə İSO/İEC 27001 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemləri” standartının tətbiqi istiqamətində informasiya təhlükəsizliyi idarəetmə sisteminin modelinin yaradılması və həyata keçirilməsi üzrə məsələlər müzakirə olunacaq. Təlimin məqsədi iştirakçılara adıçəkilən standartın tələbləri üzrə idarəetmə sisteminin tətbiqi istiqamətində tələb olunan bacarıq və üsulları açıqlamaqdır.
Komitədən bildirilib ki, təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılara İSO/İEC 27001 standartına əsasən informasiya təhlükəsizliyi idarəetmə sisteminin yaradılması və tətbiqi sahəsində auditor biliklərinə yiyələnmələri barədə Britaniya Standartlar İnstitutunun beynəlxalq sertifikatı veriləcək.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL