Estoniyada “5G” şəbəkəsinin sınaqları keçiriləcək
2016-cı ilin ikinci yarısında Estoniyanın “EMT” mobil rabitə operatoru beşinci nəsil rabitə şəbəkəsinin (5G) sınaqlarına başlayacaq.
Məlumata görə, sınaqlar zamanı İsveçin “Ericsson” şirkətinin saniyədə 100 giqabit nəzəri yükləmə sürətini təmin edən avadanlığından istifadə ediləcəyi gözlənilir. Operator tərəfindən bundan əvvəl keçirilən sınaqlarda sürət 4,4 giqabit təşkil edib.
“EMT” İsveçin “TeliaSonera” şirkətlər qrupuna daxildir. Şirkət nümayəndələri bildiriblər ki, hazırda konkret texnologiya ilə bağlı qəti fikrə gəlinməyib. Bu, həm “Ericsson”un, həm də digər istehsalçının avadanlığı ola bilər. Mümkün sürət və şəbəkənin kommersiya istifadəsinə verilmə müddəti barədə məlumat verilmir.
Bildirilir ki, 2016-cı il “5G”-nin tətbiqi üçün münasib müddətdir, çünki yenicə təşəkkül tapan texnologiya hətta konkret spesifikasiyaya malik deyil. Hazırda “5G” deyəndə, dərhal bir neçə perspektivli texnologiya başa düşülür və onlardan hansı birinin standart kimi təsdiq ediləcəyi hələ ki məlum deyil.
“EMT”-nin Estoniyadakı iki əsas rəqibi - "Tele2” və “Elisa” operatorları “5G” şəbəkəsini 2020-ci ilədək kommersiya istifadəsinə verməyi planlaşdırır. “Tele2” nümayəndələrinin sözlərinə görə, sınaqları hətta 2018-ci ildən tez keçirmək mümkün olmayacaq.
Ötən ilin avqustunda “EMT” paytaxt Tallinin bir neçə rayonunda “LTE-A” şəbəkəsini istismara verərək əhatə dairəsini genişləndirib, - "Telekomza” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL