waplog

“Apple” şirkəti ilə rəqabət aparmaq cəhdi, sadəcə olaraq, pul itkisidir


“Samsung Electronics” şirkəti 2010-cu ildə istehsal etdiyi 1 milyon qurğudan yalnız 20 000 planşet sata bilib.

Bu barədə Britaniya nəşri “Guardian”-a müsahibəsində “Lenovo” şirkətinin qərbi Avropa üzrə istehlak malları bölməsinin rəhbəri Endryu Barrou bildirib.

Rəhbərin sözlərinə görə, Cənubi Koreya nəhəngi planşet bazarında öz planlaşdırılmış hədəfindən hələ ki uzaqdadır və onun “Apple” şirkəti ilə rəqabət aparmaq cəhdi hələ ki heç bir nəticə vermir. Bundan başqa, Barrou hesab edir ki, “iPad” yaradıcısı ilə rəqabət aparmağa çalışan istənilən planşet istehsalçısı pulu, sadəcə, küləyə verir.

“Quocirca” analitiki Rob Bemfortun fikrincə, 20 000 planşetin satılması aşağı göstəricidir. “Lenovo” şirkətinə gəlincə, o, hələ ki biznes-seqment üçün planşetlər satır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL