2018-ci ilədək qlobal mobil videoreklam xərcləri 12 milyard dollara çatacaq
2018-ci ilədək ABŞ-da mobil videoreklam bazarının həcmi 4 dəfə artaraq 6 milyard dollara çatacaq. 2018-ci ildə ABŞ-da mobil videoreklama xərclər 6 milyard dollar təşkil edəcək.
Xatırladaq ki, 2014-cü ildə bu göstərici 1,5 milyard dollar olub. Bu haqda “Inneractive” şirkətinin tədqiqatına istinadən “Techcrunch” nəşri yazıb. Bu halda 2018-ci ilədək müvafiq qlobal videoreklam xərcləri 12 milyard dollar təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, tədqiqat müəlliflərinin fikrincə, internetin sürətinin və nüfuzetmə səviyyəsinin artımı, həmçinin “4G” smartfon istifadəçilərinin sayının artımı sayəsində mobil reklam bazarı çox sürətli inkişaf edəcək.
Bundan başqa, sözügedən bazarın inkişafına təkan mobil proqramlarda videoreklamların populyarlaşmasına səbəb olacaq.
Videoreklamların populyarlığının artmasına daha bir səbəb planşet və fabletlərin geniş yayılması olacaq. Belə ki, 2014-cü ildə ABŞ-da 123 milyon planşet istifadəçisi qeydə alınıb ki, onların 113 milyonu ən azı ayda bir dəfə qurğularında videoreklam izləyib. Tədqiqatçıların proqnozuna görə, 2018-ci ilədək 171 milyon planşet sahibindən təxminən 149 milyonu müntəzəm olaraq öz qurğularında videoreklam izləyəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL