E-hökumət işçi hüquqlarının qorunmasında əhəmiyyətli rola malikdir
“Əmək Məcəlləsinin 49-cu maddəsinə edilən dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir”.
Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə söyləyib.
Xidmət rəisi Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə verdiyi müsahibəsində qeyd edib ki, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər:
“Bu islahat tədbiri məşğul əhalinin əmək hüquqlarının müdafiəsinin təmin edilməsinə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına hədəflənib. Artıq bütün işəgötürənlər, eləcə də işçilər onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən əldə etmək imkanlarına malikdirlər. Bununla da tərəflər əmək müqavilələri ilə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməli olurlar. Əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə, əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat formasıdır. Bu sənəd vasitəsi ilə işçilər öz əmək hüquqlarının icrasını işəgötürəndən tələb etmək imkanına malik olurlar”.
F.Əlizadə qeyd edib ki, əmək müqaviləsi bildirişləri işəgötürən üçün əmək qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş hüquqların qorunmasının təminat formasıdır. Onun sözlərinə görə, bu sənəd vasitəsi ilə işəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilirlər: “qanunvericiliyə edilən dəyişikliklər dövlət nəzarətini həyata keçirən orqanların əmək bazarına elektron nəzarət sisteminin qurulmasına, onların qeyri-leqal əmək məşğulluğunun aradan qaldırılması istiqamətində birgə və səmərəli fəaliyyətinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına, vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılmasına yönəldilib”.
Artıq işçilərin iş yerlərinə getmədən iş yerləri və əmək haqları barədə elektron qaydada arayışları ala bildiyini önə çəkən xidmət rəisi qeyd edib ki, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi işçilər üçün bu imkanı yaradıb.
Onun sözlərinə görə, işçi artıq bilavasitə idarəyə getmədən, əlavə vaxt sərf etmədən şəxsiyyət vəsiqəsində olan müəyyən kodları elektron informasiya sisteminə daxil etməklə təhsil müəssisələrinə, banklara və digər yerlərə təqdim etmək üçün elektron qaydada müvafiq arayışlar əldə etmək imkanına malikdirlər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL