waplog

“BethClip” Dubayda keçiriləcək “STEP Conferance 2015”-də iştirak edəcək


Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi “Yeni Fikir 2014” müsabiqəsinin qalibi “BethClip”-in İrlandiyada keçirilən “Web Summit” tədbirinə qoşulması layihəyə xarici şirkət və investorlar tərəfindən marağın artmasına səbəb olub.
 
Bu marağın nəticəsi olaraq, “BethClip”-ə digər uğurlu təkliflər gəlməkdə davam edir. Belə imkanlardan biri də  Şərq aləminin “WebSummit”-i sayılan və “Dubay Silikon Vadisində” adı ilə keçirilən  “STEP Conterence 2015” proqramının təşkilatçılarından daxil olan təklifdir.
 
 “BethClip” layihəsinin rəhbəri Rəşid Əliyev “STEP Conterence 2015”  proqramında iştirak edərək, investor və şirkətlər qarşısında təqdimat edəcək.
 
 
Layihə rəhbərliyi qeyd edib ki, “STEP Conterence 2015” proqramı bu ilin mart ayında Dubayda keçiriləcək.  Sözügedən proqram BƏƏ-də keçirilən ənənəvi startap və İT innovasiyalarının sərgisini keçirməklə, bu sahə üzrə şəbəkələşmənin inkişafını təmin edir. Tədbirə “eTohum” biznes inkubatorunun rəhbəri Burak Büyükdemir,  “LEGO” və “Nintendo” kimi böyük şirkətlərdə rəhbər vəzifələrdə olmuş Marko Hein, “Lean Startup” üzrə ekspert Adam Berk, “London TechStars” direktoru  və bir sıra digər spikerlər də qatılacaq. TOP investor və biznes xablar (busness hub), “Şərqin 500 Starapı” sayılan “Oasis 500”, Avropanın “İmpact” HUB, BƏƏ-nin “Silicon Oasis” və digər inkubatorlar da tədbirdə təmsil olunacaqlar. Tədbirdə 40 000 ziyarətçinin iştirakı gözlənilir.
 
 
Startaplara əsaslı şəkildə şəbəkələşmək, partnyor tapmaq, investorlarla danışmaq, məsləhətlər almaq və yeni bazarlar kəşf etmək üçün çox böyük şərait yaradan tədbir Dubayın “Dubai İnternational Marine Club”-da keçiriləcək.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL