waplog

Yaponiya istehsalçısı yeni alyans yaradır


Yaponiyanın “Sony” şirkəti dünyada "Ultra HD” standartında televiziyanın inkişafının dəstəklənməsi məqsədilə "IP Life Consortium” alyansı yaratmaq niyyətindədir. Hazırkı mərhələdə təşkilatda dünyanın on iri istehsalçısı, o cümlədən “Cisco” və “Rohde & Schwaz” (R&S) şirkətlərinin iştirakı nəzərdə tutulur.
 
Qeyd olunur ki, alyans əsas diqqəti “Ultra HD” formatlı İP yayım texnologiyasına yönəldəcək. Şirkətlər birlikdə “Ultra HD” avadanlığının və onun mövcud sistemlərə inteqrasiyası üzrə xidmətlərinin qiymətinin azalmasına zəmin yaradacaq ki, bu da öz növbəsində “Ultra HD” formatlı televiziya yayımının dünyada populyarlaşmasına xidmət edəcək.
 
“Sony” konsorsiumda baş rollardan birini oynamaq niyyətindədir. Şirkət artıq müvafiq texnologiyalara, aparatura və proqram təminatına malikdir. “IP Life Consortium” bu il “Ultra HD” televiziya yayımı ilə əlaqədar İT infrastrukturunda istifadə ediləcək avadanlığın standartlarını müəyyənləşdirəcək.
 
Alyans artıq cari ildə maraqlı şirkətlərə və TV layihələrinə lazımi avadanlığın seçimi və satın alınması işində kömək etməyə başlamağa hazırlaşır, - "IT-Weekly” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL