Dünya informasiya bazarında liderlik edən “PR Newswire” şirkəti ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
“PR Newswire” şirkəti ilə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi arasında gələcəkdə qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Müzakirələr AMEA-nın Elmi İnnovasiyalar Mərkəzində (EİM) keçirilən görüşdə baş tutub. EİM-dın qeyd edilib ki, Elmi İnnovasiyalar Mərkəzinin (EİM) Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov qonağa mərkəzin fəaliyyəti, görülən işlərlə bağlı ətraflı məlumat verib.
“PR Newswire” şirkətinin nümayəndəsi Daria Smurova isə bildirib ki, dünya informasiya bazarında liderlik edən “PR Newswire” şirkəti 1854-cü ildə ABŞ-da yaranıb. Hazırda dünyanın 16 ölkəsində ofisi fəaliyyət göstərən bu şirkət jurnalistlər, investorlar, biznes və cəmiyyət arasında əlaqəni təmin edir.
700 min jurnalisti öz ətrafında birləşdirən, 60 mindən çox müştərisi olan “PR Newswire” şirkəti gün ərzində 1500 press-relizi 40 dildə 170 ölkəyə yayır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL