“TaigaPhone” məlumatların mühafizəsini təmin edəcək
İş adamları öz məlumatlarının təhlükəsizliyinin qayğısına qalmalıdırlar. Buna görə onlara yüksək təhlükəsizliyə malik qurğu lazımdır. Natalya Kasperskinin şirkəti tərəfindən hazırlanmış yeni “TaigaPhone” smartfonu bu məsələdə onlara kömək olmalıdır.
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sözügedən qurğunu Yevgeni Kasperskinin keçmiş xanımının rəhbərlik etdiyi “InfoWatch” firmasına məxsus "Tayqa sistem" şirkəti hazırlayıb. Natalya Kasperski bir vaxtlar məşhur antivirus laboratoriyasının həmtəsisçisi olub. “TaigaPhone” pərakəndə satışa çıxarılmayacaq, informasiyanın təhlükəsizliyini təmin etmək istəyən korporativ müştərilərə satılacaq.
"Tayqa sistem" şirkətinin nümayəndəsi bildirir ki, elektron içlik, proqram təminatı və qurğunun dizaynı Rusiyada hazırlanıb. Bununla belə, qurğu Çində istehsal edilir. "Qurğudan heç bir informasiya (fotoşəkil, sənəd, telefon danışığı, məkan haqda məlumat) istifadəçidən xəbərsiz sıza bilməz" – şirkət əmin edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL